- WMS - Anbar idarəetmə sistemi
Anbarınız siz yox, sistem tərəfindən idarə olunsun
Stok siyahıları ilə itirilən vaxt, qarışıq sifarişlər və məlumat boşluqları artıq keçmişdə qalır. WMS Anbar İdarəetmə Sistemi ilə anbar əməliyyatlarını real vaxt izləyin, səhvləri avtomatik sistemlə minimuma endirin və hər sifarişə dəqiqlik əlavə edin.

Stokda dəqiqlik

Sürətli sifarişlər

Minimum səhvlər

Dəqiq performans
- Niyə?
Anbar əməliyyatlarına nəzarətdən idarəetməyə keçirin!
Anbar idarəetmə sistemi (WMS) ilə anbarınızda nə baş verdiyini anlıq izləyir, prosesləri avtomatlaşdırır və hər bir məhsulun yolunu sistemlə izləyirsiniz. Hədəfimiz daha az səhv, daha çox sürət və tam görünürlükdür.
Canlı inventar görünüşü
Hansı məhsul haradadır, nə zaman daxil oldu və nə qədər qalıb – hamısı bir baxışda görünür.

Mobil uyğunluq
Əməkdaşlarınız anbar daxilində cihazlarla məhsulları skan edərək daha sürətli və dəqiq işləyir.

Sifarişin tam izlənməsi
Bir məhsulun anbara daxil olmasından müştəriyə göndərilməsinə qədər olan hər mərhələ izlənə bilir.

Slotlama və təchizat optimallaşdırması
Məhsullar sistem tərəfindən ideal bölmələrə yerləşdirilir, tədarük dövriyyəsi avtomatik planlanır.

Sifarişlər gecikməsin, stok qarışmasın
Inlab-ın təqdim etdiyi Anbar idarəetmə sistemi (WMS) ilə anbar əməliyyatlarınızı avtomatlaşdırın, real vaxtda nəzarət edin və hər çatdırılmanı düzgün yerinə yetirin. Anbar indi kağız yox, sistemlə işləyir.
- FAQ
Tez-tez verilən suallar
Xeyr. Anbar idarəetmə sistemi (WMS) həm kiçik, həm də böyük həcmli anbarlar üçün uyğundur. Çevik modulları sayəsində istənilən strukturda tətbiq edilə bilər.
Biz WMS Anbar idarəetmə sistemini mərhələli şəkildə tətbiq edirik. Cari əməliyyatlar dayanmaz, sistem fon rejimində qurulur və test edilir.
Bəli. Oracle WMS digər sistemlərlə uyğunlaşdırıla bilir. İnteqrasiya zamanı istifadə etdiyiniz proqram təminatları nəzərə alınır və məlumat axını təhlükəsiz şəkildə birləşdirilir. Məqsəd sistemlər arasında məlumat boşluqlarını aradan qaldırmaqdır.
Əlbəttə. Inlab komandası həm əyani, həm də onlayn təlimlərlə əməkdaşlarınızı mərhələli şəkildə Anbar idarəetmə sistemi (WMS) istifadəsinə hazır vəziyyətə gətirir.
Stokda dəqiqlik artır, insan səhvləri azalır, toplama prosesi sürətlənir və sifarişlər daha düzgün yerinə yetirilir. Bu da həm müştəri məmnuniyyətini, həm də daxili məhsuldarlığı artırır.