Priority və Oracle ERP sistemlərinin Azərbaycanda rəsmi tərəfdaşı

 Oracle və Priority ERP üzrə rəsmi tərəfdaşınız olaraq, biznes proseslərinizi optimallaşdırmaq, yerli tələblərə uyğunluğunuzu təmin etmək və rəqəmsal inkişafınızı sürətləndirmək üçün sizə kompleks ERP həlləri təqdim edirik. Rəqəmsal transformasiyanızda etibarlı tərəfdaşınızıq.

Biznesinizə uyğun müasir ERP həlləri

Oracle və Priority ERP üzrə rəsmi tərəfdaş olaraq, Inlab şirkətlərə sürətli, etibarlı və tam lokallaşdırılmış ERP həlləri təqdim edir. Biz ERP sisteminin qurulması, API inteqrasiyaları, fərdi proqramlaşdırma, eləcə də davamlı texniki dəstək vasitəsilə bizneslərin rəqəmsallaşmasını və böyüməsini sürətləndiririk.

15 ildən artıq təcrübəyə malik peşəkar komandamız, yerli qanunvericilik və real biznes ehtiyaclarını dərindən anlayaraq, şirkətlərə sadəcə proqram deyil – rəqəmsal transformasiya və dayanıqlı inkişaf üçün strateji həllər təqdim edir.

0 +

Tamamlanmış Layihə

0 +

Fəaliyyət Sektorları

0 +

İllik ERP Təcrübəsi

0 +

Uğurlu Sistem İstifadəçisi

Biznesiniz üçün nələr təklif edirik?

Inlab komandası olaraq doğru ERP həlləri ilə şirkətinizin daha sürətli hərəkət etməsinə, daha ağıllı işləməsinə və daha güclü böyüməsinə kömək edirik.

ERP həllərinin peşəkar icrası

ERP sisteminizi planlamadan istismara qədər mərhələli şəkildə, qanunvericiliyə və biznes tələblərinə tam uyğun şəkildə tətbiq edirik.

Biznes proseslərinin rəqəmsallaşdırılması

Cari və mürəkkəb iş proseslərinizi analiz edərək onları sadələşdirir, ERP texnologiyası vasitəsilə daha səmərəli və rəqəmsallaşdırılmış iş mühiti qururuq.

Canlı sistemə keçid və davamlı dəstək

ERP istifadəyə verildikdən sonra texniki nəzarət, nasazlıqların aradan qaldırılması və uzunmüddətli dəstək göstəririk.

ERP sisteminə təhlükəsiz məlumat miqrasiyası

Məlumatlarınızı köhnə sistemlərdən yeni ERP platformasına itkisiz, təhlükəsiz və əməliyyata mane olmadan keçiririk.

İstifadəçilər üçün ERP təlimləri və dəstəyi

Komanda üzvlərinə sistemdən rahat istifadə üçün vəzifəyə uyğun təlim, praktiki izah və öyrədici materiallar təqdim edirik.

API ilə rəqəmsal platformaların inteqrasiyası

ERP sistemini CRM, banklar və digər platformalarla real vaxt əlaqəli şəkildə birləşdirərək axıcı proseslər qururuq.

Fərdi ERP funksiyalarının hazırlanması

ERP sisteminizə xüsusi imkanlar əlavə edərək biznesinizə uyğun fərdi tətbiqlər və inteqrasiya həlləri hazırlayırıq.

Məlumat təhlükəsizliyi və girişə nəzarət

Kritik biznes məlumatlarınızı qorumaq üçün rol əsaslı giriş icazələri, təhlükəsiz mühit və beynəlxalq standartlara uyğun sistemlər təqdim edirik.

Yerli qanunvericiliyə uyğun ERP həlləri

ERP sistemlərinizi vergi, HR və maliyyə sahələrində yerli qanunlara uyğunlaşdırır, hüquqi tələblərə cavab veririk.

Bizə etibar edən tərəfdaşlarımız

ERP yanaşmasında fərq yaradan 10 üstünlüyümüz

Inlab olaraq məqsədimiz sadəcə ERP sistemi quraşdırmaq deyil, onu gündəlik işinizin dəyər yaradan bir hissəsinə çevirməkdir. Yerli bazarı dərindən tanımağımız, rəsmi tərəfdaşlıqlarımız və güclü texniki komandamız sayəsində sizə real nəticə verən ERP təcrübəsi təqdim edirik.

Yerli Ekspertiza

Azərbaycanın vergi, əmək və hüquqi tələblərini dərindən bilən komanda ilə ERP sisteminizi tam uyğun şəkildə quraşdırırıq.

Rəsmi Tərəfdaşlıqlar

Oracle Fusion Cloud və Priority ERP-nin Azərbaycandakı rəsmi və yeganə tərəfdaşı olaraq sizə beynəlxalq texnologiyalara yerli dəstək təqdim edirik.

Azərbaycan Biznesinə Uyğun

ERP sistemlərini dövlət hesabatları, bank sistemləri və milli platformalara uyğun şəkildə fərdiləşdiririk.

Sürətli API İnteqrasiyaları

ERP-nizi POS, HR, e-faktura və digər sistemlərlə problemsiz birləşdirən xüsusi inteqrasiyalar təqdim edirik.

Eksklüziv WMS Sistemi

Yerli anbar əməliyyatları üçün hazırlanmış ağıllı WMS ilə real vaxtda stok nəzarəti və mobil skanlama təmin edirik.

İkinci Dil Dəstəyi

Komandanız üçün rahat başa düşülən təcrübə yaratmaq məqsədi ilə sistem prosesləri həm Azərbaycan, həm də İngilis dillərini dəstəkləyir.

Uğurlu Təcrübə

Onlarla yerli şirkətin maliyyə, tədarük, HR və anbar sistemlərini uğurla rəqəmsallaşdırmışıq.

Əyani və Distant Xidmətlər

İstər ofisdə, istərsə də onlayn, sistemin tətbiqindən sonra da daimi dəstək və monitorinq təmin edirik.

Tam Təlim Dəstəyi

Real nümunələrlə praktiki təlimlər və istifadəçi təlimatları ilə komandanızı ERP sisteminə tam hazırlayırıq.

Uyğun Qiymət Təklifi

Kiçik və böyük bizneslər üçün elastik və sərfəli qiymətləndirmə ilə büdcənizə uyğun ERP təcrübəsi təqdim edirik.

ERP sistemləri ilə biznes proseslərinizi ağıllı idarə edin

Inlab olaraq, müəssisələrin əsas biznes funksiyalarını daha çevik, avtomatlaşdırılmış və nəzarət olunan şəkildə idarə etməsi üçün modern ERP həlləri təqdim edirik. Hər bir funksiya üçün uyğunlaşdırılmış modul yanaşma ilə biznesinizin real ehtiyaclarına uyğun çevik sistemlər qururuq.

Maliyyə sistemlərinin idarəetməsi

Mühasibatlıqdan analitikaya qədər bütün maliyyə proseslərini vahid platformada birləşdirin. Real vaxt hesabatlar, KPI-lar və çoxvalyutalı dəstək ilə biznesinizi daha dəqiq idarə edin.

İnsan resurslarının idarə edilməsi (HCM)

Komandanızın gücünü artırın, insan kapitalınızı strateji üstünlüyə çevirin. İnsan resurslarının idarə edilməsi (HCM) sistemləri vasitəsilə işçilərin cəlb olunmasını, saxlanmasını və inkişafını effektiv şəkildə idarə edin.

Təchizat zəncirinin idarə edilməsi (SCM)

Alışdan çatdırılmaya qədər olan bütün təchizat mərhələlərini vahid sistemdə izləyin və idarə edin. Süni intellekt və analitika ilə məhsullara nəzarəti gücləndirin, prosesləri sürətləndirərək işinizin səmərəliliyini artırın.

Anbar idarəetmə sistemi (WMS)

Anbar proseslərini izləyin, məhsullara tam nəzarət edin. WMS Anbar İdarəetmə Sistemi ilə anbar hərəkətlərini real vaxtda idarə edin və səhvləri minimuma endirin.

Müştəri münasibətlərinin idarə edilməsi (CRM)

Müştərilərinizi daha yaxından tanıyın, satış komandalarınızı gücləndirin. Müştəri münasibətlərinin idarə edilməsi (CRM) vasitəsilə satış dövrünü izləyin, potensial müştəriləri effektiv yönləndirin və gəlirinizi artırın.

AI Agents xidməti

Inlab AI Agents xidməti ilə biznesinizin təkrarlanan prosesləri avtomatlaşdırılır, komanda resursları səmərəli şəkildə bölüşdürülür və məhsuldarlıq artır. Süni intellekt agentləri 24/7 fasiləsiz işləyir, real vaxtda məlumat analizi aparır və dəqiq qərarlar üçün anında nəticələr təqdim edir.

Real təcrübə, Real nəticə

Müştərimizlə həyata keçirdiyimiz ERP layihəsinə əsaslanaraq, ERP tətbiqindən əvvəl və sonrakı vəziyyəti sizə təqdim edirik.

  • Məlumatlar fərqli fayllarda və yerlərdə səpələnib

  • Bir çox işlər əl ilə görülür və vaxt aparır

  • Qərarlar gecikmiş və köhnəlmiş məlumatlara əsaslanır

  • Hesabatların hazırlanması vaxt aparır və səhvlər ola bilir

  • Komandalar arasında məlumat paylaşımı çətindir

  • Hüquqi və ya vergi qaydalarına əməl etmək çətindir

  • Müştəri sorğularına cavablar gecikir

  • Vaxt və cəhdlərin israfı əlavə xərclərə səbəb olur

  • Ehtiyatda olan məhsul hesabı dəqiq bilinmir

  • Hər şey bir sistemdədir, tapılması və istifadəsi asandır

  • İşlərin çoxu avtomatik aparılır və daha sürətlidir

  • Qərarlar aktuallığı qorunan məlumatlara əsasən tez verilir

  • Hesabatlar sürətli və dəqiq hazırlanır

  • Hər kəs eyni sistemdə birgə işləyə bilir

  • Sistem qanun və yerli qaydalara əməl etməyə kömək edir

  • Daha yaxşı müştəri məlumatı ilə xidmət daha sürətli olur

  • Daha ağıllı və sürətli işləməklə xərcə qənaət olunur

  • Anbarda olan hər bir məhsulun hərəkətini izləmək mümkündür

Nəticə:

  • İş prosesləri 40% sürətləndi.

  • Əməliyyat xərclərində 25% azalma oldu.

  • Stok itkiləri 30% azaldı.

  • Komanda daxili koordinasiya yüksəldi.

3 addımda biznesinizi rəqəmsallaşdırırıq!

1
Konsultasiya və təhlil

Biznes modelinizi analiz edir, uyğun ERP həllini müəyyənləşdiririk.

2
ERP tətbiqi və uyğunlaşdırma

Priority ERP və Oracle Cloud sistemlərini biznesinizə uyğun fərdiləşdiririk.

3
Dəstək və optimallaşdırma

İstifadəyə verildikdən sonra fasiləsiz dəstək və optimallaşdırma təmin olunur.

ERP ilə bağlı tez-tez verilən suallar

1. ERP sistemi nədir və nə üçün biznesimə lazımdır?

ERP (Enterprise Resource Planning) – müəssisənin maliyyə, anbar, insan resursları və digər funksional sahələrini birləşdirən inteqrasiya olunmuş platformadır. Proseslər arasında koordinasiyanı artırır, məlumatların çevik ötürülməsini təmin edir və daha dəqiq qərarverməyə şərait yaradır. İnteqrasiya olunmuş yanaşma, idarəetmədə vahid struktur yaratmaq istəyən şirkətlər üçün vacibdir.

2. ERP tətbiqi nə qədər vaxt aparır?

Tətbiq müddəti şirkətin ölçüsünə, mövcud sistemlərə və seçilən modullara görə dəyişə bilər. Adətən ehtiyac analizi, sistemin uyğunlaşdırılması və test mərhələləri ilə birlikdə bu proses 1-3 ay çəkə bilər. Əsas məqsəd, ERP-nin şirkət strukturuna tam uyğunlaşdırılması və mərhələli şəkildə tətbiqidir. Ödənişsiz konsultasiya vasitəsilə layihənin miqyasına uyğun daha dəqiq vaxt planlaması mümkündür.

3. ERP tətbiqindən sonra dəstək göstərirsinizmi?

Bəli. ERP sistemindən səmərəli istifadə üçün biz istifadəçi təlimləri, texniki dəstək və davamlı optimallaşdırma kimi xidmətlərimiz də mövcuddur. Məqsədimiz yalnız ERP qurmaq deyil, həm də onu uzunmüddətli şəkildə effektiv idarə oluna bilən hala gətirməkdir.

4. ERP sisteminiz Azərbaycan qanunvericiliyinə uyğundurmu?

Təbii ki. ERP sistemimiz yerli vergi və mühasibatlıq tələblərinə uyğunlaşdırılıb və bu tələblərə cavab verən funksiyalarla təchiz olunub. Bu imkanlar sayəsində hesabatlar və əməliyyatlar qanunvericiliyə uyğun və şəffaf şəkildə idarə olunur.

5. ERP sistemini digər proqramlarla inteqrasiya edə bilərsinizmi?

ERP sistemimiz müxtəlif daxili və xarici proqramlarla inteqrasiyanı dəstəkləyir. Mövcud resurs planlaşdırma modulları, mühasibat, insan resurslarısatış sistemləri ilə məlumat axını problemsiz şəkildə birləşdirilə bilər. Oracle, 1C, e-gov platformaları və digər proqram təminatları ilə real vaxtda sinxron işləyən inteqrasiya qurmaq mümkündür. Bu, məlumatların dəqiqliyini artırır, təkrarlanan əməliyyatları aradan qaldırır və ümumi idarəetməni sadələşdirir.