Priority Mobil ERP ilə biznesinizi hər yerdən idarə edin.

Komandanızı Priority-nin mobil ERP həlli ilə gücləndirin. Hər yerdə çalışan rəhbər və əməkdaşlar üçün ideal olan bu tətbiq real vaxt məlumatı, AI tövsiyələri və tam inteqrasiya olunmuş satış, logistika və əməliyyat idarəetməsi ilə biznes proseslərinizi fasiləsiz davam etdirməyə imkan verir.

Biznesi uzaqdan idarə edin

Qərarverməni sürətləndirin

Mobil tətbiq yaradın

İnternetsiz rejimdə sorğu doldurun

Mobil ERP Tətbiq həlli

Priority iki növ mobil həll təqdim edir: Generatorlar və Sahə Tətbiqləri. Generatorlar kodsuz prosesləri mobil tətbiqə çevirir, Sahə Tətbiqləri isə texnik və nümayəndələrin sahə işlərini optimallaşdırır və məhsuldarlığı artırır.

ERP Mobil Tətbiq Generatoru

Priority Mobil Tətbiq Generatoru proqramlaşdırmasız mobil tətbiq yaratmağa imkan verir. Hazır CRM, satış, satınalma və inventar şablonları vasitəasi ilə mövcud biznes proseslərinə uyğun sürətli və asan konfiqurasiya imkanı yaradır.

Servis texnikləri üçün mobil sahə tətbiqi

Sahə üzrə Servis Texniki Mütəxəssis tətbiqi servis müqavilələrini, çağırışları və təmir proseslərini avtomatlaşdırır; internet bağlantısı olmadan işləyir, GPS ilə marşrut göstərir, yerində faktura və imza dəstəkləməklə xidmət səmərəliliyini və müştəri məmnuniyyətini artırır.

Sahə Satışları

Sahə satış nümayəndələri müştərilərlə birbaşa əlaqə qurur və Priority ERP vasitəsilə yolda belə sifariş qəbul edir, kataloqu göstərir, ödəniş alır və yerində faktura verərək müştəri ilə əlaqəni gücləndirə bilirlər

Çatdırılma Təsdiqi (POD)

Priority-nin POD tətbiqi kuryerlərə çatdırılmanı daha sürətli idarə etməyə imkan verir: marşrutu izləyir, imzanı yerində toplayır, qaytarış və ödənişləri rahat tamamlayır və həm komanda, həm də müştəri təcrübəsini yaxşılaşdırır.

Mobil ERP ilə işinizi hər yerdən idarə edin

Komandanızı real vaxt məlumatları, internet bağlantısı olmadan da işləmək imkanı və AI tövsiyələri ilə gücləndirin. Mobil ERP ilə satış, logistika və əməliyyatlarınız heç bir yerdə dayanmasın.

Tez-tez verilən suallar

Mobil ERP-dən kim yararlana bilər?

Servis, tikinti, logistika, satış və sahə əməliyyatları olan bütün bizneslər.

Mobil ERP internet olmadan işləyirmi?

Bəli, internet bağlantısı olmadan məlumatlar cihazda saxlanılır və sinxronlaşır.

Mobil ERP hansı cihazlarda işləyir?

iPhone və Android telefon və planşetlərdə tam dəstəklənir.

Şirkətdən kənar istifadəçilər daxil ola bilər?

Bəli, təchizatçı və satış nümayəndələri üçün məhdud giriş icazəsi verilir.

Bizim şirkət Mobil ERP üçün hazırdır?

Sahədə çalışan komandanız varsa və real-vaxt məlumat vacibdirsə, tam hazırsınız.