ERP texnologiyaları ilə biznesinizi sistemli şəkildə böyüdün

Inlab olaraq, biznesinizin spesifik ehtiyaclarına uyğunlaşdırılmış ERP tətbiqi, proses optimallaşdırması, sistem inteqrasiyası və texniki dəstək xidmətləri təqdim edirik. Biz ERP-nin yalnız tətbiqini deyil, davamlı işləyən və nəticə verən sistemini qururuq.

Biznesiniz üçün nələr təklif edirik?

Inlab komandası olaraq doğru ERP həlləri ilə şirkətinizin daha sürətli hərəkət etməsinə, daha ağıllı işləməsinə və daha güclü böyüməsinə kömək edirik.

ERP həllərinin peşəkar icrası

ERP sisteminizi planlamadan istismara qədər mərhələli şəkildə, qanunvericiliyə və biznes tələblərinə tam uyğun formada tətbiq edirik. Yanaşmamız hər bir mərhələnin detallı planlaşdırılmasını, layihə resurslarının düzgün idarə edilməsini və proseslərin ardıcıl şəkildə icrasını əhatə edir. 

  • Ətraflı ERP planlaması və layihə idarəetməsi

  • Lokal qanunvericiliyin inteqrasiyası

  • Sistem performansının testlərdə yoxlanması

  • Risklərin minimuma endirilməsi

Biznes proseslərinin rəqəmsallaşdırılması

Cari və mürəkkəb iş proseslərinizi analiz edərək, ERP texnologiyası vasitəsilə daha səmərəli, optimallaşdırılmış və avtomatlaşdırılmış iş mühiti qururuq. Məqsədimiz resurs israfının azaldılması, məhsuldarlığın artırılması və insan müdaxiləsinin minimuma endirilməsidir. 

  • Proses analizi və optimallaşdırma

  • İnfrastruktur dəyişiklikləri

  • Avtomatlaşdırılma imkanlarının qurulması

  • ROI qiymətləndirilməsi

Canlı sistemə keçid və davamlı dəstək

ERP istifadəyə verildikdən sonra sistemin sabitliyi, davamlı performansı və operativ texniki dəstək ən vacib mərhələdir. Bu mərhələdə istifadəçilərin uyğunlaşdırılması, sistemin monitorinqi və mütəmadi texniki baxışlar təmin edilir. 

  • Post-go-live texniki nəzarət

  • Sistem xətalarının aradan qaldırılması

  • Davamlı monitorinq və texniki yeniləmələr

  • SLA (Service Level Agreement) əsaslı xidmət

ERP sisteminə məlumat miqrasiyası

Məlumatların mükəmməl qorunması ilə, ERP sisteminə inteqrasiya prosesində itkisiz, ardıcıllıqla məlumat köçürmə xidməti təklif edirik. Məlumat miqrasiyası zamanı strukturların uyğunlaşdırılması və test olunması ilə əməliyyat fasiləsizliyini təmin edirik. 

  • Məlumat strukturunun analizi

  • Miqrasiya əvvəli yoxlama və testlər

  • Risklərin sıfıra endirilməsi

  • Proses boyunca əməliyyat fasiləsizliyi

İstifadəçilər üçün ERP təlimləri və dəstəyi

Komandanız ERP sistemində peşəkar istifadə öyrənsin deyə rola xüsusi təlimlər, materiallar və praktiki əlavələr təqdim edirik. Hər istifadəçi üçün fərdi ehtiyaclara uyğunlaşdırılmış təlim planları qurulur. Sistem istifadəsində səmərəliliyi artırmaq üçün real ssenarilərlə işləmə imkanı yaradılır.

  • Rola xas sistem təlimləri

  • Praktik testlər və öyrədici materiallar

  • Canlı sual-cavab sessiyaları

  • Daxili istinad materialları

API ilə rəqəmsal platformaların inteqrasiyası

ERP sisteminizi bank, müştəri münasibətlərinin idarə edilməsi (CRM), e-ticarət və digər üçüncü sistemlərlə API vasitəsilə birləşdirir, vahid idarəetmə axını yaradırıq. Real vaxt məlumat axını və çevik inteqrasiya imkanları ilə proseslər arasında əlaqə gücləndirilir. Əlavə modullar və sistemlər üçün uyğunlaşdırılmış API inkişaf etdiririk.

  • RESTful və SOAP API inteqrasiyaları

  • Realtime data transfer

  • Sistemlərarası uyğunluq testləri

  • Tərəfdaş sistemlərlə sinxron monitorinq

Fərdi ERP funksiyalarının hazırlanması

Standart ERP imkanları kifayət etmədikdə, sizə xüsusi proqramlar və modullar təqdim edirik. Bu xidmət çərçivəsində ERP sistemini biznesinizin spesifik tələblərinə uyğun şəkildə genişləndiririk. Quraşdırılmış fərdi funksiyalar istifadə rahatlığını artırır və iş proseslərini daha çevik edir.

  • Xüsusi dashboard və hesabatların yaradılması

  • Funksional modul proqramlaşdırma

  • Workflow avtomatizasiyası

  • İnfrastruktur uyğunluğunun qiymətləndirilməsi

Məlumat təhlükəsizliyi və girişə nəzarət

ERP sistemində kritik məlumatların qorunması üçün rol əsaslı giriş icazələri, əmniyyət mühiti və audit mexanizmləri təklif edirik. İstifadəçilərin səlahiyyətlərinə nəzarət, təhlükəsizlik protokolları və məlumat şifrələmə texnologiyaları ilə sistem təhlükəsizliyini təmin edirik. 

  • Rol və səlahiyyət idarəetməsi

  • Şifrələmə və iki faktorlu autentifikasiya

  • Aktivlik izləmə və audit hesabatları

  • ISO və GDPR kimi standartlara uyğunluq

Yerli qanunvericiliyə uyğun ERP həlləri

ERP sistemlərinizi Azərbaycan vergi, maliyyə və əmək qanunvericiliyinin tələblərinə tam uyğun formada qururuq. Hüquqi tələblərə cavab verən modulların tətbiqi sayəsində müəssisələr cərimə və hüquqi risklərdən qorunur. Qanuni hesabat formaları, elektron sənədləşmə və yerli maliyyə tələbləri sistemə inteqrasiya edilir.

  • Elektron vergi və ƏDV hesabatları inteqrasiyası

  • Yerli əmək məcəlləsinə uyğun HR sistemi

  • Maliyyə hesabatları üçün IFRS və GAAP dəstəyi

  • Lokal bank inteqrasiyaları və ödəniş sistemləri

3 addımda biznesinizi rəqəmsallaşdırırıq!

1
Konsultasiya və təhlil

Biznes modelinizi analiz edir, uyğun ERP həllini müəyyənləşdiririk.

2
ERP tətbiqi və uyğunlaşdırma

Priority ERP və Oracle Cloud sistemlərini biznesinizə uyğun fərdiləşdiririk.

3
Dəstək və optimallaşdırma

İstifadəyə verildikdən sonra fasiləsiz dəstək və optimallaşdırma təmin olunur.

Priority və Oracle ERP sistemlərinin Azərbaycanda rəsmi tərəfdaşı

Priority ERP-nin Azərbaycanda tək rəsmi tərəfdaşı
Güclü tərəfdaşlığımız sayəsində, Priority ERP-nin bütün imkanlarından istifadə edərək, Azərbaycandakı bizneslərin effektivliyini artırmağa kömək edirik.
Azərbaycanda Oracle Fusion Cloud Rəsmi Tərəfdaşı
Bu rəsmi tərəfdaşlıq, müştərilərimizin bizneslərini effektiv idarə etmələrinə, iş axınlarını optimallaşdırmalarına və yüksək performans əldə etmələrinə imkan verir.

Yerli ehtiyaclar üçün qlobal ERP təcrübəsi

Azərbaycan biznesinə uyğunlaşdırılmış Oracle və Priority ERP həlləri ilə transformasiyaya indi başlayın.

ERP ilə bağlı tez-tez verilən suallar

1. ERP sistemini tətbiq edərkən hansı mərhələlərdən keçəcəyik?

ERP tətbiqi aşağıdakı əsas mərhələləri əhatə edir:
1. Konsultasiya və analiz – biznes ehtiyaclarınız öyrənilir, uyğun modul və texnologiyalar müəyyənləşdirilir.
2. Tətbiq və fərdiləşdirmə – seçilmiş ERP platforması qurulur, lokallaşdırılır, digər sistemlərlə inteqrasiya edilir.
3. Təlim və “Go-Live” sonrası dəstək – istifadəçilərə iki dilli təlim verilir və texniki dəstək prosesi başlayır.
Inlab komandası bu mərhələlərin hər birində sizinlə sıx şəkildə işləyir.

 

2. ERP xidmətləri yalnız böyük şirkətlər üçündürmü?

Xeyr. ERP artıq yalnız böyük şirkətlər üçün deyil. Inlab olaraq, Priority ERP və Oracle Cloud kimi modul əsaslı sistemləri elə qururuq ki, kiçik, orta və iri müəssisələr üçün çevik və sərfəli həllər mümkün olsun. Həllərimiz biznesiniz böyüdükcə sizinlə birgə miqyaslana bilir.

3. ERP sistemini tətbiq etdikdən sonra daxili komanda nə qədər zamanda uyğunlaşır?

Komandanızın texniki hazırlığına görə dəyişsə də, rol əsaslı təlimlər, real nümunələr, və ikidilli tədris nəticəsində istifadəçilər adətən 1–2 həftə ərzində ERP sistemində sərbəst işləyə bilir. Təlim və sistem sonrası dəstək paketi bu uyğunlaşmanı daha da sürətləndirir.

4. ERP sistemini digər platformalarla necə inteqrasiya edirsiniz?

Inlab komandası ERP sistemlərini müasir API əsaslı texnologiyalarla digər tətbiqlərlə birləşdirir. Oracle Integration Cloud (OIC), Mulesoft və digər middleware həllərlə bank, HR, POS, e-faktura və digər biznes sistemlərinizlə problemsiz və sabit sinxronluq yaradılır.

5. ERP xidmətinin qiymətləri necə formalaşır?

Qiymətləndirmə əsasən bu faktorlarla müəyyən olunur:

– Tətbiq olunacaq modul sayı və kompleksliyi
– Fərdiləşdirmə səviyyəsi (lokallaşdırma, inteqrasiya, hesabatlar)
– Layihənin ölçüsü və texniki resurs ehtiyacı

Biz müştəriyə uyğun şəffaf və mərhələli təklif sistemi təqdim edirik. Dəqiq qiymət üçün konsultasiya zamanı ehtiyac analizi aparılır və uyğun paket təklif olunur.