Web portal yaratmaq üçün IT mütəxəssisinə ehtiyac yoxdur, özünüz yaradın!

Priority Portal Generatoru ilə istənilən biznes prosesini kod yazmadan web portalına çevirin. Müştərilər, təchizatçılar və əməkdaşlar üçün tam fərdiləşdirilən, mobil uyğun və vizual interfeyslərlə daha geniş auditoriyaya çıxın.

Biznesinizi daima əlçatan edin

Hazır portallarla indi başlayın

Kodsuz portal yaradın

Fərdi istifadəçi interfeysini qurun

Priority-də istənilən prosesdən asanlıqla fərdiləşdirilmiş portal yaradın

Portal Generator ilə proqramlaşdırma tələb etmədən istənilən biznes prosesi üçün sürətlə web portal yarada bilərsiniz. İstifadəçilər, müştərilər və təchizatçılar hesab məlumatlarına baxır, sifariş və fakturaları izləyir, servis müraciətləri yaradır.

Hazır Portallar

Priority hazır portallar ilə dərhal istifadəyə başlayın. Daxili istifadəçilər satınalma və davamiyyət, müştərilər sifariş və servis, təchizatçılar isə Satınalma Sifarişləri və faktura idarəsini rahatlıqla portal üzərindən idarə edir.

Bütün cihazlarda tam uyğun işləmə

Priority formalarını cəmi bir neçə dəqiqədə heç bir kod yazmadan portala çevirin

Fərdiləşdirilə bilən UI

Portalın görünüşünü tam istəklərinizə uyğunlaşdırmaq mümkündür. Giriş səhifəsi, loqo, şəkillər və rəng palitrası ilə birlikdə portal tam şəkildə sizin brend kimliyinizə uyğun formalaşır.

Çoxlu görünüş rejimləri

İdarəetmə Panel, Elektron Ticarət, Təqvim, Sorğu Forması və xüsusi cihaz görünüşləri.

Portal Generatorun Əsas Funksionallığı

Priority Portal Generatoru ilə istənilən biznes prosesini kod yazmadan web portalına çevirin. Müştərilər, təchizatçılar və əməkdaşlar üçün tam fərdiləşdirilən, mobil uyumlu və vizual interfeyslərlə daha geniş auditoriyaya çıxın.

Tez-tez verilən suallar

Portal Generator-dən istifadə etmək üçün proqramlaşdırma bilikləri lazımdır?

Sadəcə Priority üzrə əsas biliklərə sahib hər bir istifadəçi və ya tətbiqçi asanlıqla portal yarada bilər.

Portallar biznes ehtiyaclarına uyğunlaşdırıla bilərmi?

Bəli. Portalları istədiyiniz kimi fərdiləşdirmək mümkündür. Priority-ni bilən hər bir istifadəçi bu dəyişiklikləri rahatlıqla həyata keçirə bilər.

Portal digər sistemlərlə inteqrasiya olunurmu?

Portal Priority üçün alternativ interfeysdir və bütün inteqrasiyalar sistem tərəfindən avtomatik əks olunur.

Portal mobil cihazlarda işləyirmi?

Bəli. Portal tam mobil uyğundur və bütün cihazlarda problemsiz işləyir.

Portal Generator nə dərəcədə təhlükəsizdir?

Portal Generator portalları Priority-nin qorunan bağlantı sistemi vasitəsilə ERP-yə təhlükəsiz qoşulur. Bu bağlantı məlumatları şifrələyir və AWS təhlükəsizlik standartlarına əsaslanaraq bütün əməliyyatların maksimum təhlükəsizliklə aparılmasını təmin edir.