- Haqqımızda
Azərbaycanda ERP transformasiyasının tərəfdaşı
Inlab, Azərbaycanda rəsmi Priority ERP və Oracle Cloud tərəfdaşı kimi müəssisələrə çevik, inteqrasiya olunmuş və nəticəyönlü ERP həlləri təqdim edir. Bizneslərin ehtiyaclarına uyğun olaraq qurulan sistemlərimiz, məlumatların axınını optimallaşdırır, insan müdaxiləsini azaldır və qərarverməni gücləndirir.
0 +
Tamamlanmış Layihə
0 +
İllik ERP Təcrübəsi
0 +
Uğurlu İstifadəçi
- Biz kimik?
Sistem qururuq deyənlər çoxdur. Biz sistemi sizin üçün işlədirik.
Inlab, 15 ildən çox təcrübəyə malik komandası ilə ERP sistemlərinin texniki tətbiqi üzrə ixtisaslaşmışdır. Qısa müddətdə rəsmi Priority ERP tərəfdaşı statusunu qazanan komandamız, bu gün həm Oracle Fusion Cloud, həm də Priority ERP üzrə tətbiq, inteqrasiya, lokalizasiya və davamlı texniki dəstək sahəsində ölkədə liderliyini qoruyur.
Biz yalnız sistem deyil, biznesə struktur və nəticə qazandıran transformasiya modeli təqdim edirik.
Bizə etibar edən tərəfdaşlarımız








- Tərəfdaşlıq
Priority və Oracle ERP sistemlərinin Azərbaycanda rəsmi tərəfdaşı
Priority ERP-nin Azərbaycanda tək rəsmi tərəfdaşı

Azərbaycanda Oracle Fusion Cloud Rəsmi Tərəfdaşı

- Üstünlüklər
ERP yanaşmasında fərq yaradan 10 üstünlüyümüz
Inlab olaraq məqsədimiz sadəcə ERP sistemi quraşdırmaq deyil, onu gündəlik işinizin dəyər yaradan bir hissəsinə çevirməkdir. Yerli bazarı dərindən tanımağımız, rəsmi tərəfdaşlıqlarımız və güclü texniki komandamız sayəsində sizə real nəticə verən ERP təcrübəsi təqdim edirik.
Yerli Ekspertiza
Azərbaycanın vergi, əmək və hüquqi tələblərini dərindən bilən komanda ilə ERP sisteminizi tam uyğun şəkildə quraşdırırıq.
Rəsmi Tərəfdaşlıqlar
Oracle Fusion Cloud və Priority ERP-nin Azərbaycandakı rəsmi və yeganə tərəfdaşı olaraq sizə beynəlxalq texnologiyalara yerli dəstək təqdim edirik.
Azərbaycan Biznesinə Uyğun
ERP sistemlərini dövlət hesabatları, bank sistemləri və milli platformalara uyğun şəkildə fərdiləşdiririk.
Sürətli API İnteqrasiyaları
ERP-nizi POS, HR, e-faktura və digər sistemlərlə problemsiz birləşdirən xüsusi inteqrasiyalar təqdim edirik.
Eksklüziv WMS Sistemi
Yerli anbar əməliyyatları üçün hazırlanmış ağıllı WMS ilə real vaxtda stok nəzarəti və mobil skanlama təmin edirik.
İkinci Dil Dəstəyi
Komandanız üçün rahat başa düşülən təcrübə yaratmaq məqsədi ilə sistem prosesləri həm Azərbaycan, həm də İngilis dillərini dəstəkləyir.
Uğurlu Təcrübə
Onlarla yerli şirkətin maliyyə, tədarük, HR və anbar sistemlərini uğurla rəqəmsallaşdırmışıq.
Əyani və Distant Xidmətlər
İstər ofisdə, istərsə də onlayn, sistemin tətbiqindən sonra da daimi dəstək və monitorinq təmin edirik.
Tam Təlim Dəstəyi
Real nümunələrlə praktiki təlimlər və istifadəçi təlimatları ilə komandanızı ERP sisteminə tam hazırlayırıq.
Uyğun Qiymət Təklifi
Kiçik və böyük bizneslər üçün elastik və sərfəli qiymətləndirmə ilə büdcənizə uyğun ERP təcrübəsi təqdim edirik.
- Komandamız
Təcrübəni sistemə çevirən insanlar
İnlab komandası ERP texnologiyaları, sistem inteqrasiyası və funksional analiz üzrə ixtisaslaşmış peşəkar mütəxəssislərdən ibarətdir. Komandamız lokal bazar biliklərini qlobal ERP standartları ilə birləşdirərək, müştəriyə real nəticələr təqdim edən sistemlər qurur.