İnsan resurslarını sistemli və strateji idarə edin!

Inlab-ın təqdim etdiyi İnsan resurslarının idarə edilməsi (HCM) həlli ilə əməkdaşlarınızın fəaliyyətini bir platformada idarə edin. Vakansiyadan işə qəbuladək, maaşdan performansa qədər hər şeyi şəffaf və avtomatlaşdırılmış şəkildə izləyin.

Mərkəzi HR məlumatları

Komanda idarəetməsi

Daha az manual iş

Strateji qərar dəstəyi

HR komandaları üçün çevik və şəffaf sistem

Inlab-ın HCM həlli HR komandalarına gündəlik əməliyyat işlərini avtomatlaşdırmaqla yanaşı, əməkdaşların inkişafını və işçi təcrübəsini sistemli şəkildə idarə etməyə imkan verir. Avtomatlaşdırma, inteqrasiya və uyğunluq üstünlükləri ilə insan kapitalınız daha sistemli, şəffaf və proqnozlaşdırıla bilən olur.

Avtomatik əmək haqqı və sosial paket idarəetməsi

Maaşlar, vergi və sosial ödənişlər sistem üzərindən avtomatik hesablanır və idarə olunur.

Fərdiləşdirilmiş inkişaf yolları

Əməkdaşlar üçün vəzifəyə uyğun karyera planlaması, təlim və performans idarəetməsi qurulur.

Yerli və qlobal uyğunluq

ERP sistemi AR əmək qanunvericiliyinə, vergi tələblərinə və beynəlxalq HR standartlarına tam uyğunlaşdırılır.

HR və biznes məlumatlarının birləşdirilməsi

İşçi məlumatları real vaxt analitikası və KPI göstəriciləri ilə biznes performansına inteqrasiya olunur.

Komandanız böyüməyə nə qədər hazırdır?

İnsana əsaslanan idarəetmə modelinə keçid zamanıdır. İnsan resurslarının idarə edilməsi (HCM) həllərimizlə əməkdaş dövrlərini izləyin, performansı ölçün, inkişafı sistemləşdirin. İndi deyil, sabah üçün fərq yaradın.

Tez-tez verilən suallar

1. İnsan resurslarının idarə edilməsi (HCM) sistemini tətbiq etmək üçün şirkətimizin ölçüsü vacibdirmi?

Xeyr. İnsan resurslarının idarə edilməsi (HCM) istər 20 nəfərlik komanda, istərsə də yüzlərlə əməkdaşı olan müəssisə üçün çevik şəkildə uyğunlaşdırılır. Vacib olan idarəetmədə şəffaflıq və strukturlaşma istəyidir.

2. Əməkhaqqı, məzuniyyət və bonuslar sistemdə necə işləyir?

Bu funksiyalar avtomatlaşdırılıb. İşçi məlumatları və maaş hesablamaları, məzuniyyət qrafiki və bonuslar sistem tərəfindən dəqiq şəkildə aparılır.

3. Sistemdə əməkdaşın karyera inkişafı izlənilə bilərmi?

Bəli. Hər bir əməkdaş üçün fərdi inkişaf xəritəsi yaradıla, təlimlər təyin oluna və performans dövrləri qeyd edilə bilər. Bu, həm HR üçün nəzarəti, həm də əməkdaş üçün motivasiyanı artırır.

4. İnsan resurslarının idarə edilməsi (HCM) sistemini mövcud ERP və ya HR proqramları ilə birləşdirmək mümkündürmü?

Əgər sizin mövcud sisteminiz varsa, biz onu İnsan resurslarının idarə edilməsi (HCM) ilə inteqrasiya edə bilərik. Əsas məqsəd məlumat axınının pozulmadan bir yerdə işləməsidir.

5. Komandamız İnsan resurslarının idarə edilməsi (HCM) sisteminə keçidə necə uyğunlaşacaq?

Inlab bu mərhələdə sizinlədir. Biz sistemdən istifadə edən bütün rollar üçün praktik təlimlər təqdim edirik. İstifadəçilər adətən bir neçə gün ərzində əsas funksiyalara tam adaptasiya olur.