Anbar əməliyyatlarınızı tam avtomatlaşdırın və real vaxtda idarə edin

Priority WMS ilə İnventar hərəkətlərini izləyin, yığım və yerləşdirmə proseslərini optimallaşdırın, səhvləri minimuma endirin və sürətli qərarlar verin. Bütün anbar əməliyyatları vahid ERP platformasından idarə edin.

Vahid platformada görünürlük

ERP funksionallığı ilə idarəetmə

Tez öyrənilən intuitiv interfeys

Tək mərkəzdən dəstək xidməti

Anbar İdarəetməsi üzrə Əsas Funksionallıqlar

Priority WMS iş axınlarını avtomatlaşdırır, süni intellektlə anbar və çatdırılma proseslərini optimallaşdırır. Real vaxt görünürlüğü ilə inventara dəqiq nəzarət edərək logistikanı sürətləndirir və resursların effektiv idarə olunmasını təmin edir.

WMS Standard

WMS Standard kiçik anbarlar üçün idealdır: tək sifarişlərin yığımı, bütün barkodların oxunması, sənəd və etiketlərin avtomatik çapı, bir ekrandan idarəetmə və tam fərdiləşdirilə bilən intuitiv interfeys təqdim edir.

WMS Advanced

WMS Advanced daha mürəkkəb anbar prosesləri üçün nəzərdə tutulub. Tək və çoxsaylı sifarişlərin sürətli yığımı, montaj və istehsal üçün material hazırlığı, partiya/lot idarəsi və daha dəqiq əməliyyat axınları təqdim edir.

WMS Pro

WMS Pro böyük və dinamik anbarlar üçün peşəkar həlldir: optimallaşdırılmış yerləşdirmə, ehtiyatların avtomatik yenilənməsi, geri qaytarma və utilizasiya idarəsi, dəqiq stok sayımı və palet yükləmə-boşaltma proseslərinin tam optimallaşdırılmasını dəstəkləyir.

Məlumat dəqiqliyinin artırılması

Real vaxt məlumatları ilə daha düzgün qərarlar verin və inventar dəqiqliyini yüksəldin.

Anbar idarəetməniz həm dəqiq, həm də tam nəzarətdə olsun!

Stok məlumatlarınız dağınıq qalmasın, prosesləriniz gecikməsin. Inlab-ın WMS həlli ilə bütün anbar əməliyyatlarını vahid platformada avtomatlaşdırırıq. Real vaxt izləmə, yüksək dəqiqlik, daha sürətli yığım, düzgün yerləşdirmə və optimallaşdırılmış iş axınları — hamısı bir sistemdə tam şəffaflıqla idarə olunur.

Tez-tez verilən suallar

WMS Standard kimlər üçün uyğundur?

Kiçik anbarlar üçün uyğundur 1–5 əməkdaşla çalışan, gündə 1–20 sifariş hazırlayan və sadə, sürətlə idarə olunan proseslərə ehtiyac duyan şirkətlər rahatlıqla istifadə edə bilər.

WMS Advanced nəyi əlavə edir?

Çoxsaylı sifarişlərin yığımı, montaja yönləndirmə, partiya/lot idarəetməsi və istehsal üçün material hazırlığını dəstəkləyir.

WMS Pro hansı imkanları təqdim edir?

Ehtiyatlarin avtomatik yenilenmesi, optimallaşdırılmış yerləşdirmə, təchizatçıya geri qaytarma və utilizasiya proseslərinin avtomatlaşdırılması.

Sistem nə qədər fərdiləşdirilə biləndir?

İnterfeys, proseslər, icazələr və hesabatlar tam şəkildə şirkət ehtiyaclarına uyğunlaşdırıla bilir.

ERP anbar idarəetməsi miqyaslana bilirmi?

Bəli. Artan sifariş həcmini, inventarı və daha çox əməliyyatı problemsiz idarə edir.